Bakı metrosunda hadisə - Uşaq vaqonda unuduldu

Bakı metrosunda hadisə
Oxunma sayı: 5196

Bu gün saat 15:30 radələrində Bakı metrosunda uşaq itkin düşüb.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

N.Paşayevin sözlərinə görə, uşağın valideynləri “28 May” stansiyasında metrosundan düşərkən onu düşürməyi unudublar.

Dərhal bu barədə stansiyada xidmət göstərən polis əməkdaşlarına məlumat verilib. Qatar metronun “Nəriman Nərimanov” stansiyasına çatdıqda metropoliten və polis əməkdaşları uşağı tapıblar. O, valideynlərinə təhvil verilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi