Bakı metrosunda problem yarandı

baki-metrosunda-problem-yarandi
Oxunma sayı: 637

Bakı Metropolitenində «APA-Economics»ə verilən açıqlamada qatarlarda gecikmənin olduğunu təsdiqləyiblər. Metropolitenin baş mühəndisi Etibar İsayev qeyd edib ki, gecikməyə səbəb qatarların birində yaranmış nasazlıq olub: «Qatarda nasazlıq olub və aşağı sürətlə hərəkət etdiyinə görə 8 dəqiqə gecikib. Artıq nasazlıq aradan qaldırılıb, amma qatarlar müəyyən gecikmə ilə hərəkət edirlər, tədricən bu da aradan qaldırılacaq».