Bakı metrosundan istifadə edənlərin sayı azalıb

baki-metrosundan-istifade-edenlerin-sayi-azalib
Oxunma sayı: 3031

Cari ilin iyul ayında metrodan istifadə edənlərin sayı azalıb. 

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, ötən ay metro xidmətlərindən 16.5 milyon nəfər sərnişin istifadə edib.

Bu da iyun ayı ilə müqayisədə 2.4 milyon nəfər azalma deməkdir. 

Qeyd edək ki, ilin əvvəlindən avqust ayının 1-nə qədər metro xidmətlərindən 134,9 milyon nəfər istifadə edib. Sərnişinlərin sayındakı artım faizi də aşağı düşüb. Əgər iyun ayında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,3 faiz artmışdısa, iyulda bu rəqəm 1,4 faiz təşkil edib.  

Xatırladaq ki, ötən ilin müvafiq dövründə (yanvar-iyul ayları) metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,1 faiz artaraq, 132,9 milyon nəfər olmuşdu. Bu da aylıq əsasda metro xidmətindən 17,2 milyon sərnişinin istifadə etməsi deməkdir.