“Bakı” “Neftçi” ilə oyuna itkilərlə hazırlaşır

baki-neftci-ile-oyuna-itkilerle-hazirlasir
Oxunma sayı: 643

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “zolaqlılar” bu oyunun hazırlıqlarını klubun təlim-məşq bazasında davam etdirir.
Novruz Əzimovun yetirmələrinin sonuncu məşqi klubun təlim-məşq bazasının təbii örtüklü meydanında baş tutub və bir saat davam edib. Fiziki təmrinlərlə başlayan məşq toplu hərəkətlərlə davam edib.

Məşqdə zədə səbəbindən kənarda qalan Elvin Əliyev, 21 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Novruz Məmmədov və Rəhman Hacıyev iştirak etməyib. İspaniyalı hücumçu Koke isə yüngül zədə səbəbindən fərdi məşq keçib.

Qeyd edək ki, Elvin Əliyev yenicə cərrahiyə əməliyyatı keçirib və meydana dönəcəyi vaxt 15 gün sonra bilinəcək.