Bakı Nəqliyyat Agentliyi sərgidə iştirak edəcək

Bakı Nəqliyyat Agentliyi sərgidə iştirak edəcək
Oxunma sayı: 16

Bakı Nəqliyyat Agentliyi bu il ilk dəfə olaraq 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road&Traffic 2017" sərgisində iştirak edəcək. 

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, 26-28 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə Bakı Nəqliyyat Agentliyi paytaxtın marşrut şəbəkəsi, yol təhlükəsizliyi və hərəkətin düzgün təşkili ilə bağlı mövcud problemlər və onların həll yolları ilə bağlı hazırladığı layihələrini təqdim edəcək. Şəhər nəqliyyatının bir sıra mühüm elementlərini özündə əks etdirən xüsusi tərtibata malik stendimizə gələn ziyarətçilər üçün yol hərəkətinin təhlükəsizliyi eləcə də ictimai nəqliyyatda etik davranış qaydalarına dair maraqlı viktorinalar təşkil ediləcək.

Sərgi çərçivəsində Bakının nəqliyyat sisteminin modernləşdirilməsi: mövcud və gələcək planlar mövzuzunda seminarın keçirilməsi də nəzərdə tutulub.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi