Bakı niyə tıxacdadır?

baki-niye-tixacdadir
Oxunma sayı: 648

Əsədovun sözlərinə görə, Cəlil Məmmədquluzadə küçəsindən "Papanin" kimi tanınan ərazi istiqamətində təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə tam məhdudiyyət qolulduğundan yeganə alternativ yol olan Tbilisi prospektində tıxac yaranır.

Digər tərəfdən Badamdar istiqamətindən "20 sahə" adlanan ərazi və ona yaxın digər istiqamətlərə gedən yol sürüşməyə görə tam məhdudiyyət qoyulub. Bundan başqa Heydər Əliyev Sarayının arxasından Füzuli küçəsi ilə hər iki istiqamətə "Beş mərtəbəli" istiqamətinə yol bir neçə mərtəbəli avtodayanacaq və yeraltı piyada keçidinin tikintisi ilə əlaqədar bağlıdır.

S. Vurğun küçəsində təmir işləri getdiyindən, avtomobillərin hərəkətində problem yaranır. Biləcəri qəsəbəsindən Binəqədi şosesi istiqmətində yeni asfalt örtüyünə görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

"Azadlıq" meydanında yeraltı avtomobil dayanacağının tikintsi ilə əlaqədar Neftçilər və Puşkin küçəsinin tam bağlanması, Babək prospektindən Fəhlə prospekti istiqamətində boru keçidi ilə yol üzrə əsaslı təmir-tikinti işlərinin aparılması və paytaxtın inzibati ərazisində daxil olan digər ərazilərdə, mərkəzi küçələrdə qazıntı işlərinin aparılması yolun daralmasına səbəb olub ki, bu da avtomobillərin hərəkətində sıxlıq yaradır.

Əsədov bildirib ki, ölkə üzrə 1 milyon 100 mindən artıq nəqliyyat vasitəsi qeydə alınıb ki, onun da 620 mini Bakı şəhərində qeydiyyatdadır və gün ərzində paytaxta 50 min nəqliyyat vasitəsi daxil olur. Bundan əlavə bayram ərəfəsində bölgələrdən paytaxta axın artıb.