Bakı Olimpiya Stadionunda döyüş keçiriləcək

baki-olimpiya-stadionunda-doyus-kecirilecek
Oxunma sayı: 2849

Mayın 4-də Bakı Olimpiya Stadionunun (BOS) əsas meydanında WFCA-48 (World Fighting Championship Akhmat) adlı döyüş gecəsi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, gecədə 10 döyüş və 1 superdöyüş təşkil ediləcək.

Azərbaycanı 3 döyüşçü - Vüqar Kərəmov, Mehman Məmmədov və Bəxtiyar Arzumanov təmsil edəcək. Döyüşlər xüsusi quraşdırılacaq 4 min nəfərlik tribuna qarşısında baş tutacaq.

Biletlər aprelin əvvəlində satışa çıxarılacaq.