“Bakı” öz meydanında məğlub oldu

baki-oz-meydaninda-meglub-oldu
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, “Bakı” öz meydanında “İnter”i qəbul edib və 2-1 hesabı ilə məğlub olub. Hesabı 67-ci dəqiqədə “İnter” in futbolçusu Asif Məmmədov açıbş80-ci dəqiqədə Yuri Fomenko hesabı 2-0 –a çatdırıb. “Bakı” isə yalnız oyunun əsas vaxtına əlavə oluunmuş son saniyələrdə hesab arasındakı fərqi azaldıb. Şəhriyar Əliyev “Bakı”nın təssəli qoluna imza atıb. Bu qələbə ilə xallarının sayını 47-ə çatdıran “İnter” öz mövqeyini daha da möhkəmləndirib.

İqbal