Bakı-Qazax yolunda ağır qəza - Xəsarət alanlar var + Fotolar

baki-qazax-yolunda-agir-qeza
Oxunma sayı: 6600

Kürdəmirdə 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 172-ci km-də Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində baş verib.

60 yaşlı Bərdə sakini Ağayev Rövşən Müslüm oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetmədən çıxıb və yol kənarıdakı beton lövhəyə çırpılıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin, 52 yaşlı Gəncə sakini  Məmmədova Həqiqət Əlhüseyn qızı müxtəlif növ ağır bədən xəsarətləri alıblar. Sürücü Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə, vəziyyəti daha ağır olan sərnişin isə reanimasiya şöbəsinə yerləşdiriblər.

Hər iki yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Türkoğlu