Bakı-Qazax yolunda mikroavtobus aşdı - 7 nəfər yaralandı

Bakı-Qazax yolunda mikroavtobus aşdı
Oxunma sayı: 1323

Bakı-Qazax yolunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə yolun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
 
“Mercedes Vita” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.
 
Nəticədə 7 nəfər, 2 qadın, 5 kişi xəsarət alıb. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla  bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi