Bakı-Qazax yolunda “Prado”aşdı - 3 yaralı+ Fotolar

baki-qazax-yolunda-pradoasdi
Oxunma sayı: 3469

Bakı-Qazax yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan “02-BM-202” dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı minik avtomobili yol kənarında olan beton maneəyə dəyərək aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb, nəqliyyat vasitəsi isə yararsız vəziyyətə düşüb. Avtomobildə olan yük (meyvə-tərəvəz) yol boyu yerə səpələnib.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.