Bakı-Qazax yolunda qəza, yaralılar var

baki-qazax-yolunda-qeza-yaralilar-var
Oxunma sayı: 1122

Bakı-Qazax magistral yolunda qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yolun Şəmkir rayonunun Düyərli kəndi ərazisində baş verib. Hərəkətdə olan ”VAZ 2107” markalı avtomobil qəza törədib. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti orta ağır, digərlərininki normal qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli