Bakı-Qazax yolundakı qəzadan dəhşətli fotolar - Yenilənib

baki-qazax-yolundaki-qezadan-dehsetli-fotolar
Oxunma sayı: 3957

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Hacıqabulun Atbulaq kəndindən keçəndən hissəsində Tərtər rayon sakini, 1980-ci il təvəllüdlü Bəhruz Telman oğlu Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobilin yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində onun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Şəlalə Yaqub qızı Hümbətova və sürücünün qardaşı arvadı İsmayılova Kamilə Feyzi qızı hadisə yerində ölüblər.

“Mercedes”də olan sərnişinlərdən - sürücünün övladları, 2015-ci il təvəllüdlü Umud Bəhruz oğlu Hümbətov və 2010-cu il təvəllüdlü Rəşad Bəhruz oğlu Hümbətov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Avtomobildə olan digər azyaşlı və sürücü yüngül xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, xəsarət alan 4 sərnişin hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

İki azyaşlı isə hazırda reanimasiyadadır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Onlardan birinin 8, digərinin isə 3 yaşı var.

Avtomobilin sürücüsünə isə kəllə-beyin travması diaqnozu qoyulub. 

Günel Hacı