Bakı-Quba yolunda 3 yük avtomobili toqquşdu

baki-quba-yolunda-3-yuk-avtomobili-toqqusdu
Oxunma sayı: 640

Hadisə oktyabrın 30-u günorta saat 12 radələrində baş verib. Quba istiqamətində hərəkət edən 60 BH 105 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı avtomaşın qarşı tərəfdən hərəkət edən 85 AD 325 dövlət nömrə nişanlı “Daewoo” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “Kamaz” yolun kənarında hərəkətsiz vəziyyətdə olan 90 KH 360 dövlət qeydiyyat nişanlı “Hova” markalı avtomobilə dəyib.

Qəza nəticəsində "Kamaz"ın sərnişini - 1970-ci il təvəllüdlü Şabran rayon sakini Kamal Cəfərov xəsarət alıb. O, dərhal Siyəzən rayon müalicə diaqnostika mərkəzinə çatdırılıb. Mərkəzin cərrahı Teymur Əlləzovun verdiyi məlumata görə, xəsarət alan şəxsə sağ ayağın diz qapağının sınığı diaqnozu qoyulub. Kamal Cəfərova tibbi yardım göstərildikdən sonra o, qohumlarının təkidi ilə ixtisaslaşmış müalicə almaq üçün Qusar rayonuna aparılıb.

Hadisənin kimin səhvi ucbatından baş verməsi araşdırılır.