2 qardaşın öldüyü qəzadan dəhşətli - Fotolar + Yenilənib

2-qardasin-olduyu-qezadan-dehsetli
Oxunma sayı: 9512

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Sumqayıt şəhəri H. Z. Tağıyev qəsəbəsində qeydə alınıb.

"Hyundai" markalı maşınla "KamAZ"ın toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 3 nəfər yaralı Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta-ağır, birinin səhhəti isə qənaətbəxşdir.

***

Qəzada ölənlərin kimlikləri məlum olub. Belə ki, onlar 1998-ci il təvəllüdlü Mahir Zəkiyev Məzahir oğlu və qardaşı 1996-cı il təvəllüdlü Mikayıl Zəkiyev Məzahir oğludur.

Yaralılar isə Zabit Cəfərov Aslan oğlu, Cəbi Nəbiyev Müdürxan oğlu və Fərid Zəkiyev Məzahir oğludur. 

Qeyd edək ki, F. Zəkiyev qəzada həyatını itirən Mahir və Mikayılın qardaşıdır.

Emin Kərimov

Murad Əhməd