Bakı rayonlarında elektrik verilişi bərpa edildi - Yenilənib

baki-rayonlarinda-elektrik-verilisi-berpa-edildi
Oxunma sayı: 6297

Şəhərin Nizami və Xətai rayonlarının bəzi ərazilərində işıqlar sönüb. 

“Qafqazinfo”nun məlumatına görə, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Musavat.com-a bildirib ki, buna səbəb Mərdəkandakı DRES-də baş verən nasazlıqdır. 

Rəsmilər bildirir ki, ən qısa zamanda problem həllini tapacaq.

***

Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, işıq təminatında problem Nizami və Xətai rayonları əsas olmaqla, Sabunçu və Xəzər rayonlarının da az hissəsində yaşanır:

“Nasazlıq “Azərişıq”dan qaynaqlanmayan səbəbdən baş verib. Hazırda öz daxili şəbəkə hesabımıza bəzi hissələrdə elektrik verilişini bərpa etmişik. Əməkdaşlarımız hadisə yerində tədbirlər görürlər”, - deyə qurum rəsmisi əlavə edib.

***

T. Mustafayev saytımıza bildirib ki, hazırda qeyd edilən ərazilərə elektrik verilişi bərpa edilib.

“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı isə nasazlığın səbəbi barədə məlumatının olmadığını bildirib.