Bakı sakini mübahisə zəminində iki nəfəri bıçaqladı

baki-sakini-mubahise-zemininde-iki-neferi-bicaqladi
Oxunma sayı: 642

Oktyabrın 20-si saat 06:30 radələrində, N.İsmayılov küçəsi ev 27-də, mübahisə zəminində, Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əmrah Yaqubov bıçaqla, ev sahibi İsa Cəmiyevə xəsarət yetirib, Qusar rayon sakini Vitalik Bədəlovu qətlə yetirmişdir. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ə.Yaqubov oktyabrın 20-də tutulub.

Oktyabrın 19-u saat 14:30 radələrində, Ş.Qurbanov küçəsində, Bakı şəhər sakini Asim Cahangirovun mobil telefonu naməlum şəraitdə oğurlanıb. Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rüstəm Osmanov tutulmuş, ondan 5,98 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüb.

Oktyabrın 20-si saat 12:30 radələrində, A.İsmayılov küçəsində, Lənkəran rayon sakini Muxtar Məmmədovun idarə etdiyi «MAN» markalı və Bakı şəhər sakini Elnur Sultanovun idarə etdiyi «VAZ- 21 011» markalı avtomaşınlar toqquşub, nəticədə E.Sultanov hadisə yerində ölmüş, sərnişini Fəzail Yusifov xəsarət alaraq KTM-ə daxil olub.

Oktyabrın 21-i saat 18 radələrində, Sabunçu qəsəbəsi Ə.Cavid küçəsində yerləşən aptekdə Aydın Tağızadə Qələm Şıxəliyevanın əlindən 40 manat alaraq qaçıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində A.Tağızadə oktyabrın 21-də tutulub.

Oktyabrın 21-i saat 09:00 radələrində K.Balakişiyev küçəsində yerləşən mənzildə yaşayan Xədicə Misirovanın mənzilindən naməlum şəraitdə qızıl-zinət əşyaları oğurlanıb. Nizami RPİ 25-ci PB əməkdaşlarını keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Babayev oktyabırn 21-də tutulub.

Oktyabrın 22-si saat 01:30 radələrində, Babək prospektində, Bakı şəhər sakini Mahmud Şərifov idarə etdiyi «BMW X5» markalı avtomaşının idarəetməsini itirərək maneəyə vurmuş, nəticədə M.Şərifov və sərnişinləri Cavid Quliyev xəstəxanaya daxil olmuş, Babək Səlimov isə hadisə yerində ölüb.

Oktyabrın 21-i saat 23:30 radələrində, Gəncə prospektində, Bakı şəhər saikni Əfsər Xudiyev idarə etdiyi «VAZ-21 015» markalı avtomaşınla Gəncə şəhər sakini Gəray Qocayevi vurub, o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 12.10.2012-ci il tarixdən AR CM-nin 178-ci maddəsi ilə axtarışda olan Firdovsi Şirəliyev oktyabrın 20-də tutulub.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178.1-ci maddəsi ilə 22.08.2012-ci il tarixdən axtarışda olan Nəzakət Məhərrəmova oktyabrın 21-də tutulub.