Bakı sakinini Nabranda daşla vurub öldürdü

baki-sakinini-nabranda-dasla-vurub-oldurdu
Oxunma sayı: 2451

Avqustun 15-də Xaçmaz rayonunun Dalğalı kəndi ərazisində Bakı şəhər sakini Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində həmin gün qeyd edilən kəndin ərazisində T.İbrahimovla Nabran qəsəbə sakini T.Mürsəlov arasında münaqişə baş verməsi və sonuncunun daşla onu vurub qətlə yetirməsi müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən T.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.