Bakı sakinləri Rusiyada qəzaya düşdü - 3-nün vəziyyəti ağırdır

baki-sakinleri-rusiyada-qezaya-dusdu
Oxunma sayı: 3771

Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.

“Qafqazinfo”nun Trend-iə istinadən verdiyi məlumata görə, mikroavtobusda 13 sərnişin olub, onlardan 6-sı xəsarət alıb.

Qeyd olunur ki, Azərbaycandan Moskvaya yollanan “Mercedes” markalı mikroavtobus Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.

***

“TASS” agentliyi xəbər verir ki, Rusiyada Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində ümumilikdə 13 nəfər xəsarət alıb.

Hadisə nəticəsində biri azyaşlı olmaqla xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır, daha 10 nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Yaralananların Bakı sakinləri olduğu bildirilir.