Bakı sakinlərinin nəzərinə

baki-sakinlerinin-nezerine
Oxunma sayı: 644

Bakı Turizm İnformasiya Mərkəzi 12 iyun - 05 iyul tarixlərində Formula 1 yarışlarının keçirilməsi dövründə əsas şəhər istiqaməti olan magistral yolların baglanmasını nəzərə alaraq “Baku City Tour” turistik avtobuslarının müvəqqəti fəaliyyəti dayandırılır.

“Qafqazinfo”nun məlumatına görə, eyni zamanda Sprinter turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”-na ekskursiyalar təşkil ediləcək.

Fərdi və qrup şəklində tur sifarişləri üçün (+994 12)498 12 44  və yaxud (+99455) 746 99 46 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.