Bakı-Şamaxı yolunda vəziyyət necədir?

baki-samaxi-yolunda-veziyyet-necedir
Oxunma sayı: 764

Hazırda Bakı-Şamaxı yolunda sürüşmənin aktiv olduğu bölgə 106-107-ci kilometrlik hesab olunur.

"Qafqazinfo" ARB TV-yə istinadən xəbər verir ki, adı keçən sürüşmə zonasında təxminən iki ildir ki, aktivləşmə müşahidə edilir.

İntensiv yağan yağış, tektonik hərəkətlər sürüşməni daha da intensivləşdirir. Uçquna məruz qalan yolun həm də ensiz olması problem yaradır. Yollardakı çalalar nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilib.

Yolun 106 km–liyində isə daha çox qəzalı vəziyyət yaşanır. Azəravtoyoldan verilən məlumata görə, Bakı Şamaxı mağistralının 13-cü və 91-ci kilometrləri arasında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Bu ərazidə 2 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəz olunub.

Azəravtoyol rəsmisi yaxın vaxtlarda magistralın 91-ci kilometrliyindən 107-ci kilometrliyinə qədər olan hissəsindəki problemin də aradan qaldırılacağını əmin edir.