“Bakı səfərini qızımın 17 yaşına hədiyyə etmişdim”

baki-seferini-qizimin-17-yasina-hediyye-etmisdim
Oxunma sayı: 4569

Rusiyanın Əməkdar artisti, tanınmış teatr və kino aktrisası Olqa Kabo “Vestntik Kavkaza”nın əməkdaşı ilə söhbəti zamanı 2015-ci ildə baş tutan Bakı səfəri haqda danışıb. “Qafqazinfo” bildirir ki, qızı ilə bərabər Azərbaycanın paytaxtına gələn aktrisa bunları xatırlayıb:

“Bu, qeyri-adi səyahət idi! O vaxt qızımın 17 yaşı tamam olmuşdu və qərara gəlmişdim ki, onun doğum gününə gözəl səyahət hədiyyə edim. Düşündüm ki, Avropaya o özü də gedə bilər, bizim ölkələrlə isə ətraflı və məmnuniyyətlə tanış olmaq lazımdır. Ona görə də biz Azərbaycandan başladıq”.

“Azərbaycanda çox yaxşı dostlarımız var, biz də onların yanına uçduq. Bizə Bakıda və onun ətrafında olan bütün əsas və müqəddəs yerləri göstərdilər. Şəhər haqda böyük məmnuniyyətlə danışan çox gözəl bələdçimiz var idi”, - Əməkdar artist əlavə edib.   

“Təbii ki, biz Azərbaycanın milli mətbəxinin də dadına baxırdıq, milli musiqisini dinləyirdik. Qızım əvvəlcə ekskursiyaya getmək istəmirdisə, bələdçi ilə ilk gəzintilərdən sonra: “Ana, davamını istəyirəm”, - dedi. Bu, mənim üçün ən böyük minnətdarlıq idi”, - O. Kabo etiraf edib.