“Bakı Sığorta” müqavilələrin sayını artırıb

baki-sigorta-muqavilelerin-sayini-artirib
Oxunma sayı: 823


2013-cü ilin birinci rübünün yekunlarına əsasən , Bakı Sığorta ASC-nin aktivləri 2012-ci ilin birinci rübü ilə müqayisədə 13.6% - 1.892.000 manat, artıb. Şirkətin ümumi kapitalında da 425.000 manat artım müşahidə olunub ki, bu da faizlə nisbətdə həmin dövrlə müqayisədə 5.6% yüksəkdir. Ilin əvvəli ilə müqayisədə şirkətin ümumi kapitalı 513 000 manat yəni, 6.5% , artaraq ümumilikdə 8.448.000 manat təşkil etmişdir.

Keçən ilin birinci rübü ilə müqayisədə isə, 2013-cü ildə sığorta müqavilələrinin sayı 28% artmışdır.

Bütün bunlar “Bakı Sığorta” ASC-nin 2013-cü ildə qəbul etdiyi strategiyasının uğurlu göstəriciləridir.

Yeni qəbul olunmuş, “Qayğıkeş Sığortaçı” şüarı ilə şirkət sizə hər zaman ən etibarlı sığorta əməkdaşlığı və unikal sığorta paketlərini təklif edir.