Bakı-Sumqayıt qatarlarının qrafikində dəyişiklik

baki-sumqayit-qatarlarinin-qrafikinde-deyisiklik
Oxunma sayı: 1149

22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının qrafiki dəyişdirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb. 

Bildirilir ki,  gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb. Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.