Bakı-Sumqayıt yolunda böyük tıxac

baki-sumqayit-yolunda-boyuk-tixac
Oxunma sayı: 643

Trend-in hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, yolun Masazır qəsəbəsi yaxınlığındakı hissəsində - körpüdə avtomobillərin hərəkətində problem yaranıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, yolun həmin hissəsində Sumqayıtdan Bakıya gələn istiqamətdə yol örtüyündə təmir işlərinin aparılması ilə əlaqədar avtomobillərin hərəkətində problemlər yaranıb.