Bakı-Sumqayıt yolunda döyüş sursatları aşkarlandı- - Foto

baki-sumqayit-yolunda-doyus-sursatlari-askarlandi-
Oxunma sayı: 1948


“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindənAPA-ya verilən məlumata görə, Bakı-Sumqayıt yolunun kənarında bu gün saat 16.30 radələrində xeyli miqdarda döyüş sursatı aşkar edilib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə yararsız halda olan 130 ədəd qumbaraatan, 16 ədəd PQ qumbaraatan mərmisi, 1 ədəd aviasiya bombası, 1 ədəd 102 mm-lik mərminin korpusu və istifadəyə yararlı olan 1 ədəd 102 mm-lik və 80 mm-lik mərmini zərərsizləşdirmək üçün təhlükəsiz zonaya aparıblar