Bakı-Sumqayıt yolunda tıxac - Bu dəfə qəza oldu

baki-sumqayit-yolunda-tixac
Oxunma sayı: 2730

Bakı-Sumqayıt yolunda yenidən tıxac yaranıb.

"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, tıxacın yaranmasına səbəb “Shacman” yük maşınının Xırdalan dairəsi yaxınlığında törətdiyi qəza olub.

“Shacman” hərəkətdə olarkən idarəetməni itirib və dəmir maneələrə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.