Bakı-Sumqayıt yolunda yenə tıxac

Bakı-Sumqayıt yolunda yenə tıxac
Oxunma sayı: 1260

Həftənin ilk iş gününə sərnişinlər yenə tıxaclarda start verib.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşlar tıxacdan şikayətlənsələr də, ən çox sıxlıq Bakı-Sumqayıt yolunda müşahidə edilib. Hətta işə bir neçə saat gecikənlərin olduğu bildirilir.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib ki, hazırda yollarda hər hansı bir sıxlıq yoxdur:

“Səhər saatlarında küçə və prospektlərdə olan sıxlıqlar artıq səngiyib və nəqliyyatın normal axını müşahidə olunur”.

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi