Bakı-Tbilisi-Ceyhan kəməri ilə 31 milyon ton neft daşınıb

baki-tbilisi-ceyhan-kemeri-ile-31-milyon-ton-neft-dasinib
Oxunma sayı: 906

Bu ilin 11 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 38 milyon 13,1 min ton neft nəql olunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Nəqletmənin 81,6 faizi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib. Yanvar-noyabr ayları ərzində bu kəmər vasitəsilə 31 milyon 18,6 min ton neft ötürülüb. On bir ayda BTC ilə 5 milyon 986,7 min ton tranzit nefti də nəql edilib.