Bakı-Tbilisi-Qars layihəsinə həsr olunan poçt markası buraxıldı - Foto

Bakı-Tbilisi-Qars layihəsinə həsr olunan poçt markası buraxıldı
Oxunma sayı: 518

“Azərpoçt” MMC-də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı münasibətilə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markasının imzalanma  mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyənin Poçt və Teleqraf Təşkilatının nümayəndələri iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, qonaqları salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Tahir Məmmədov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryol xətti poçtdaşımalarında da böyük əhəmiyyət daşıyacaq. Nazirliyin əməkdaşı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilk qatarın yola düşməsi ilə yadda qalan tarixi hadisəyə həsr etdikləri poçt markasının buraxılması təşəbbüsünə görə Türkiyənin Poçt və Teleqraf Təşkilatına və markanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Türkiyənin Poçt və Teleqraf Təşkilatının Poçt direktor müavini Gürbüz Akbulut Bakı-Tbilisi-Qars layihəsinin iqtisadi üstünlüklərindən danışıb. Bununla yanaşı, dəmiryol xəttinin yük, sərnişin, poçt axını ilə yanaşı, təhlükəsizlik, sabitlik və  sosial rifahı yaxşılaşdıracağını və ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcəyini söyləyib.

Sonra Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışına həsr olunmuş marka imzalandı və auditoriyaya təqdim olunub. Bununla da birgə istehsal olunan marka poçt dövriyyəsinə buraxılıb.

10.000 tirajla istehsal olunan Azərbaycan-Türkiyə birgə markası  Türkiyənin Poçt və Teleqraf Təşkilatı tərəfindən çap edilib.

Markanın göstəriciləri aşağıdakı kimidir:

Blok ölçüsü: 115x75 mm

Markanın ölçüsü: 76x39mm

Nominal: 1.50 AZN 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi