Bakı-Tehran aviareysi təxirə salındı

baki-tehran-aviareysi-texire-salindi
Oxunma sayı: 1671

Bakı-Tehran aviareysi ilə Bakı vaxtı ilə saat 09:30-da uçmalı olan aviareys təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev Hava Limanından bildiriblər.

Uçuşun İran paytaxtındakı hava şəraiti ilə əlaqədar təxirə salındığı bildirilir.

“Təyyarə Bakı vaxtı ilə saat 19:00-da yola düşməlidir. Digər reyslərin gecikməsi barədə rəsmi məlumat yoxdur”,- deyə hava limanından bildiriblər.