Bakı-Tiflis-Qars dəmiryolunda oğurluq - Relsləri söküb apardılar

baki-tiflis-qars-demiryolunda-ogurluq
Oxunma sayı: 655

Tiktinisi davam edən Bakı-Tiflis-Qars dəmiryolunun Türkiyədən keçən hissəsində oğurluq edilib

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qarsın Susuz və Arpaçay ərazisində naməlum şəxs relsləri bir-birinə bağlayan 46 dəmir parça sökülüb.

Oğru onlardan sadəcə 30-nu apara bilib, 16-sı isə yaxınlıqdan tapılıb.

Polis təhlükəsizlik kamerası vasitəsilə dəmir parçalarının daşındığı avtomobili və sahibini müəyyənləşdirib.

Hazırda oğurluq edən şəxsin tutulması üçün axtarışları aparılır.