“Bakı Tunel Tikinti”dən 10 ton armatur oğurlanıb

baki-tunel-tikintiden-10-ton-armatur-ogurlanib
Oxunma sayı: 1130



Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Asim Quliyev tutulub.

Avqustun 6-na keçən gecə B.Nuriyev küçəsində Şahin İsmayılov məxsus «Geely» markalı avtomobildən şüşəni sındırmaq yolu ilə bir ədəd naviqator, içərisində 520 manat olan pul qabı, Ceyhun Şabanova məxsus «Wolsfagen» markalı avtomobildən isə şüşəni sındırmaq yolu ilə iki ədəd mobil telefon və sənədlər oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq edənlər Bakı şəhər sakinləri Kamil Qasımov və Məhəmməd Səmədov tutulub.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Rövşən Əmişov tutulub.

Sentyabrın 14-də N.Məlikov küçəsində naməlum şəxs Bakı şəhər sakini Elmir Quluzadəni bıçaqla vuraraq qətlə yetirib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Natiq Hüseynov tutulub.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ülviyyə Zərbəliyevadan 0,418, Samirə Qasımovadan isə 0,357 qram heroin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, onlar avqustun 28-nə keçən gecə Mərdanov Qardaşları küçəsində yaşayan Fərhad Cəfərovun evindən açıq qapıdan keçməklə 206 manat və qızıl zınət əşyaları, sentyabrın 10-da V.Plotnikov küçəsində yaşayan Asif Şirinovun mənzilindən pəncərənin torunu kəsmək yolu ilə mobil telefon, 8 manat, sənədlər, sentyabrın 12-də R.Rza küçəsində yaşayan Marifə Hüseynovanın mənzilindən pəncərənin torunu kəsmək yolu ilə 280 manat oğurlayıblar.

İyulun 30-da Məktəbli küçəsində yerləşən “Bakı Tunel Tikinti” ASC-nin həyətindən 10 ton armatur oğurlanıb, nəticədə ASC-yə 8000 manat dəyərində ziyan dəyib. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Vəliyev tutulub.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Vüqar Tapdıqzadə tutulub.

Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Nahid Aslanov tutulub.