Bakı və Ankara arasında siyasi məsləhətləşmələr keçirilib

baki-ve-ankara-arasinda-siyasi-meslehetlesmeler-kecirilib
Oxunma sayı: 914

Bu gün Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. 

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Türkiyə tərəfindən isə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik ediblər.

Tərəflər iki ölkə arasındakı əməkdaşlıq əlaqələrində üçüncü ölkələrin iştirakının əhəmiyyətinə toxunaraq, müxtəlif səviyyələrdə keçirilən üçtərəfli və dördtərəfli əməkdaşlıq formatlarının əhatə dairəsinin genişləndirilməsinin zəruriliyinə diqqət çəkiblər. Habelə, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu, qarşılıqlı dəstəyin əhəmiyyətinə vurğu edilib. 

Nazir müavini R.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyətinə dair ətraflı məlumat verib. 

Görüş zamanı ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.