“Bakı” və “Neftçi” sindromu qırmaq istəyir

baki-ve-neftci-sindromu-qirmaq-isteyir
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, cavab oyunları çərçivəsində baş tutacaq 2 görüşlə yarışın finalçılarının adına aydınlıq gələcək. Üz-üzə gələn komandalar kubok yarışında dəfələrlə qarşılaşıb. Bu oyunların tarixinə baxsaq hər 2 cütdə sindromu qırmağa çalışan tərəfin olduğu görünür.

1/2 final, ilk oyunlar

25 aprel (çərşənbə)

"Qarabağ" - "Bakı"
+5=2-0, top fərqi – 10:4

1997/98 “Dinamo” – “Qarabağ” 0:0, 0:2
2008/09 “Bakı”- “Qarabağ” 1:2, 1:2
2005/06 “Qarabağ” – “Bakı” 3:2, 0:0
2011/12 “Bakı” – “Qarabağ” 0:1

“Bakı” üçün “Qarabağ” ən arzuolunmaz rəqiblərdən sayılır. Ən azı kubokda bunu söyləmək olar. İndiyədək 3 dəfə yolları kəsişən rəqiblərin duellərində hər dəfə “Qarabağ” mərhələ keçib. Üstəlik “Bakı” rəqibini hələ də məğlub edə bilməyib.


"Neftçi" - "İnter"
+1=4-4, top fərqi – 6:10

2001/02 “Neftçi” – “Xəzər Universiteti” 2:0, 1:2
2004/05 “Neftçi” – “İnter” 0:0, 0:0, pen. 3:4
2007/08 “Neftçi” – “İnter” 2:2, 0:1
2009/10 “Neftçi” – “İnter” 0:3, 1:2
2011/12 “İnter” – “Neftçi” 0:0

“Qarabağ” kimi “İnter” də rəqibi ilə oyunlarda 10 qol vurub və 3 dəfə mərhələ keçən tərəf olub. Lakin “Neftçi” heç olmasa 1 qələbə qazanmaqla mərhələ adlamağı bacarıb. Lakin bu 10 il əvvələ təsadüf olunub. Rəqib adını “İnter”ə dəyişəndən sonra isə “ağ-qaralar” qələbə də qazanmayıb.

Ceyhun Əhmədov