Bakı və Siyəzəndə ağır qəza - 3 ölü var

baki-ve-siyezende-agir-qeza
Oxunma sayı: 2939

Bu gecə Bakı və Siyəzəndə ümumilikdə 3 nəfərin ölümünə səbəb olan iki ağır qəza baş verib.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda yük avtomobili və “Daewoo” markalı minik avtomobili toqquşub.

Hadsə nəticəsində 1962-ci il təvəllüdlü sərnişin Vəliyeva Gülgəz Əliağa qızı dünyasını dəyişib. Onun meyiti Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılıb.

Siyəzən rayonunda isə “KAMAZ” və “Mercedes” markalı minik avtomobili toqquşub. “Mercedes”in sürücüsü 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və sərnişin, Leyla Məmmədovanın meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.