“Bakı və Sofiya arasında birbaşa aviareysin açılışı...”

baki-ve-sofiya-arasinda-birbasa-aviareysin-acilisi
Oxunma sayı: 1202

“Bakı və Sofiya şəhərləri arasında birbaşa aviareysin açılışı iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına töhfə verəcək”.

“Qafqazinfo”nun məlumatına görə, bunu Bolqarıstanın baş naziri Boyko Borisov Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.

“Bu vaxta qədər razılaşdırdığımız bütün məsələlərin hər zaman həll olunması çox gözəldir”, - deyən baş nazir artıq ölkələrin qarşısında yeni tapşırıqların dayandığını bildirib.

B.Borisov əlavə edib ki, iki ölkənin xalqları arasında hədsiz qarşılıqlı hörmət var.