Bakı və Sumqayıtda avtobus piyadaları vurub öldürdü

baki-ve-sumqayitda-avtobus-piyadalari-vurub-oldurdu
Oxunma sayı: 2462

Bakı və Sumqayıt şəhərlərində marşrut avtobusu piyadaları vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, dünən Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi “Daewoo” markalı 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Daha bir anoloji hadisə isə Sumqayıt şəhərinin Babək küçəsində qeydə alınıb. Dünən Sumqayıt şəhərinin Babək küçəsində Abşeron rayon sakini Ramiz Abbasov idarə etdiyi “Hyundai” markalı 522 saylı xətt avtobusu ilə yolu keçən 50-55 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.