Bakı-Vyana sərnişin qatarının yola düşəcəyi tarix məlum oldu

baki-vyana-sernisin-qatarinin-yola-duseceyi-tarix-melum-oldu
Oxunma sayı: 3086

Bakı-Vyana marşrutu üzrə ilk sərnişin qatarı 2018-ci ilin mayında yola düşəcək.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, sərnişin qatarı Bakı, Tbilisi, İstanbul, Yunanıstanın Dədəağaç şəhəri və Avstriyanın paytaxtı Vyana arasında fəaliyyət göstərəcək.

Yüksək keyfiyyətli iki nəfərlik kupelərdə kondisioner və “Wi-Fi” olacaq. Qatarda restoran və bar da xidmət göstərəcək.