Bakı zooparkında anakonda ölüb - İnfeksiyadan

baki-zooparkinda-anakonda-olub
Oxunma sayı: 1081

Bakı şəhər Zooloji Parkının şöbə müdürü Aynur Hacıyeva bu il zooparkda ölən heyvan və quşlardan danışıb.

“Qafqazinfo” xəbər verir ki, Aynur Hacıyeva Modern.az-a bildirib ki, 2017-ci ildə ölən heyvanlar arasında  Svayna qırqovulu, Amerika yenotu, Pavian Qamadril (meymun növü) və anakonda var:

“Pavian Qamadril doğuş prosesini mürəkkəb keçirdiyi üçün, Svayna qırqovulu qara ciyərin iltihabından, Amerika yenotu qocalıqdan ölüb. Anakonda ilanı isə qabıq dəyişmə prosesini düzgün keçirmədi, dərisinə infeksiya düşdü və bu səbəbdən öldü”.