Bakıda 1 nəfəri tok vurub

bakida-1-neferi-tok-vurub
Oxunma sayı: 1110

Bakıda 1 nəfəri elektrik cərəyanı vurub.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə Nizami rayonunda elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 1 nəfərin tikilinin damından düşürülməsi üçün müraciət daxil olub.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış ünvanına gələrək vətəndaşa köməklik göstərib.