Bakıda “100 il” konserti oldu - Fotolar

bakida-100-il-konserti-oldu
Oxunma sayı: 1476

İyunun 5-də Heydər Əliyev Mərkəzində Tekfen Filarmoniya Orkestri konsert proqramı ilə çıxış edib.

"Qafqazinfo"nun məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş “100 il” adlı konsertdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət üzvləri, habelə diplomatik korpus nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzi və “Tekfen” inşaat şirkətinin təşkilatçılığı ilə keçirilən klassik musiqi axşamında orkestr tanınmış dirijor Аziz Şoxakimovun bədii rəhbərliyi ilə bir-birindən parlaq musiqi nömrələri ifa edilib.

Gecədə görkəmli bəstəkarlar Qara Qarayev və Hacı Xanməmmədovun, habelə Ülvi Cemal Erkinin (Türkiyə) və Şarl Qunonun (Fransa) əsərləri səsləndirilib.

Konsertdə dünya şöhrətli pianoçu Hüseyin Sermet və kamança ifaçısı Mehri Arifqızı solist qismində çıxış edib.

Qeyd edək ki, Tekfen Filarmoniya Orkestri 1992-ci ildə yaradılıb. Qara dəniz, Xəzər dənizi və Şərqi Aralıq dənizi bölgələrinin musiqiçilərini bir araya gətirdiyinə görə həm də “Üç dənizin səsi” adı ilə tanınır.