Bakıda 1.2 milyardlıq xidmət

bakida-12-milyardliq-xidmet
Oxunma sayı: 1366

Bu ilin ilk üç ayında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 1 milyard 238,2 milyon manat olub.

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər Statistika Komitəsinin hesablamalarına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 763,2 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 61,6 faizidir.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz azalaraq 959,8 milyon manat olub.

Cari ilin yanvar-mart aylarında şəhərin hər bir sakini orta hesabla ayda 168,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.