Bakıda 12 milyona villa satan kimdir? -

bakida-12-milyona-villa-satan-kimdir-
Oxunma sayı: 11005


“Qafqazinfo” azadliq.info-ya istinadən xəbər verir ki, hazırda mənzil bazarında ən bahalı villaların qiymətləri ilə bağlı araşdırma apararaq, bu cür elit tikililərin ilk beşliyini tərtib edilib. Həmin bahalı evləri təqdim edirik:

1. Bakıda Avropa hotelin ətrafında, Küveyt, Mərakeş səfirliyinin yanında villa

35 sot torpaq ərazisi, 1500 kv metr tikintisi olan villa 3 yataq otağı, 1 qonaq otağı,1 iş otağından ibarətdir. Evin yaşayış sahəsi 1500 m²-dir. Təmirdə istifadə olunmuş məhsullar və evin mebelləri Afrikadan, İspaniyadan, İtaliyadan, Fransadan gətirilib. Satıcı gələcəkdə bu evin səfirliyə kirayə verilməsini də məqəsəduyğun hesab edir. Qiyməti nə az nə çox düz 12 milyon manat.  

 2. Bakıda, dəniz mənzərəli villa

 

Evin yaşayış sahəsi 2800 kv metr. Otaqlarının sayı-12. Bu villanın 7 yataq otağı, 6 hamamı, 3 qonaq otağı, 3 biznes otağı mövcuddur. Qiyməti - 5 milyon 450 min manat. 

3. Bakının Teymur Əliyev küçəsi, Avesta Konserninin yaxınlığında villa

 

Bu villa üçün də istifadə olunan materiallar Avropadan gətirilib. Sahəsi 900 kv metr, otaqlarının sayı 10, qiyməti isə 4 milyon 200 min manatdır. 

4. Bakıdan bir qədər kənarda Şüvəlanda villa

 

 Bu villa  4 mərtəbəli və dəniz mənzərəlidir. Villa 10 otaqdan ibarətdir. 1-ci mərtəbəsində geniş 69.48 m2 salonu, 36.00 m2 hidromasajlı hovuzu, 15.64 m2 saunası, 23.00 m2 mətbəxi,3 san/q olan evin döşəməsi İtalya istehsalı olan fosforlu , yerdən isitməli mərmərlə təchiz olunub. Sahəsi 1745 kv metr, qiyməti 4 milyon manatdır. 

 5. Bakının H.Cavid prospekti Şüşəli bazarın arxasında villa

Bu villa H. Cavid prospekti və əsas yola çıxır. 5 mərtəbəlidir, 8 sot torpaq və 2 həyətin birləşməsindən ibarətdir. Sahəsi 1200 kv metr, 12 otağı var, qiyməti 3 milyon 800 min manat.

Onu da əlavə edək ki, bu tip elit mənzillərin qiymətinin baha olmasını ekspertlər maya dəyərin yüksək olması ilə izah edirlər. (Bina.az)


“Qafqazinfo”