Bakıda 13 yaşlı qızı döydülər

bakida-13-yasli-qizi-doyduler
Oxunma sayı: 1806


Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 2000-ci il təvəllüdlü B.N. təcavüzə uğrayıb.

Belə ki, qızın anası polisə şikayət edərək qızının təcavüzə uğradığını və döyüldüyünü bildirib. Qız küçənin ortasında hücuma məruz qalıb. Onu döyüblər. Azyaşlı qızın ağzı cırılıb, bədəninə müxtəlif zədələr dəyib. Deyilənlərə görə, azyaşlı qıza seksual xarakterli hərəkətlər də edilib. Lakin polis bu məlumatın dəqiqliyini araşdırmayıb.

Hazırda faktla bağlı araşdırmalar aparılır.