Bakıda 14 və 19 yaşlı qızlar yoxa çıxıb

bakida-14-ve-19-yasli-qizlar-yoxa-cixib
Oxunma sayı: 790

Bakıda iki qız itkin düşüb. "Qafqazinfo" Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu Tbilisi prospektində yaşayan 2003-cü il təvəllüdlü Lalə Musayeva (adlar şərtidir) iyunun 20-də saat 14 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bundan başqa Qaradağ rayonu Korgöz qəsəbəsində yaşaayan 1998-ci il təvəllüdlü Xalidə Vəliyevanın da itkin düşməsi ilə bağlı polisə müraciət edilib.
 
Hər iki qızın valideynləri onların fotolarını və xarakterik əlamətlərini polisə təqdim edib.
 
Axtarış tədbirləri həyata keçirilir.