Bakıda 15 nəfərin öldüyü gündən - Fotolar...

bakida-15-neferin-olduyu-gunden
Oxunma sayı: 964

Bu gün Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğından iki il keçir. 

2015-ci ilin bu günü səhər saatlarında başlayan yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət almışdı.

Sözügedən hadisə ilə əlaqədar 2017-ci il yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin binada üzləmə işlərini həyata keçirən “Global Construction” şirkətinin təsisçisi Miryusif Mahmudov 8 il, direktoru Uğur Bəşirov 5 il, müavin Ələkbər Əsgərov 4 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

“Qafqazinfo” dəhşətli yanğının ildönümü ilə əlaqədar fotoqraf Elşən Babanın həmin gün çəkdiyi fotoları təqdim edir: