16 müntəzəm marşrut xəttinin hərəkət sxemində müvəqqəti olaraq dəyişiklik edilib.
“Qafqazinfo” bna.az-a istinadən xəəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 62, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Sabahdan qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək
Qeyd edək ki, dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.