Bakıda 16 mərtəbəli binada yanğın - 2 nəfər tüstüdən zəhərlənib

bakida-16-mertebeli-binada-yangin
Oxunma sayı: 3575

Bakının Nərimanov rayonunda yerləşən, Odlar Yurdu Universitetinin yaxınlığındakı hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.
 
"Qafqazinfo" BakuPost-a istinadən xəbər verir ki, 16 mərtəbəli binanın 14-ci mərtəbəsi yanıb. 

***

Hüquq-mühafizə orqanlarından "Qafqazinfo"ya verilən məlumata görə, yanğın binanın şaxtasında baş verib. Artıq söndürülüb.

***

FHN baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb: Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.