Bakıda 17 nəfər boğularaq ölüb

bakida-17-nefer-bogularaq-olub
Oxunma sayı: 644

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova cümə günü Trend-ə deyib ki, dünyasını dəyişənlərin 5 nəfəri uşaq olub. Onların 3-ü oğlan, 2-i qızdır.
Ümumilikdə bu yay Bakıda 42 suda boğulma halı qeydə alınıb. Suda boğulma ilə əlaqədar 18 nəfər xəstəxanaya yerləşdirilib. Onların 10-u uşaq olub. Ötən sutka ərzində Növsan çimərliyində 1 suda boğulmaq istəyən şəxsə yardım göstərilib.

Vahidova bildirib ki, bu yay Bakıda 112 nəfər günvurma ilə əlaqədar BŞTTTYS-ə müraciət edib. Onun sözlərinə görə, ötən sutka ərzində 1 nəfər günvurma diaqnozu ilə stansiyaya müraciət edib. Qaradağ rayonunundan olan 23 yaşlı oğlana tibbi yardım göstərildikdən sonra onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.